SOCAR-ın idarəsi 9 ayda qeyri-neft ixracından 251 milyon dollar gəlir əldə edib

Energetika
  • 29 oktyabr, 2026
  • 12:27
SOCAR-ın idarəsi 9 ayda qeyri-neft ixracından 251 milyon dollar gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 251 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.

Bildirilir ki, bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə 51,8 milyon ABŞ dolları və ya 17,1 % azdır.

9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.