Emin Əmrullayev: “Naxçıvanda elmin inkişafı ilə bağlı bir sıra tədbirlər keçiriləcək”

Emin Əmrullayev: “Naxçıvanda elmin inkişafı ilə bağlı bir sıra tədbirlər keçiriləcək” “Naxçıvanda ümumi və ali təhsil, elmin inkişafı ilə bağlı bir sıra məqsədyönlü tədbirlər həyata keçiriləcək”.
Elm və təhsil
15 İyun , 2023 01:15
Emin Əmrullayev: “Naxçıvanda elmin inkişafı ilə bağlı bir sıra tədbirlər keçiriləcək”
Emin Əmrullayev

“Naxçıvanda ümumi və ali təhsil, elmin inkişafı ilə bağlı bir sıra məqsədyönlü tədbirlər həyata keçiriləcək”.

“Report” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, STEAM Mərkəzi hazırda muxtar respublikada yaradılmış ən innovativ məkanlardan biridir: “Ümumiyyətlə, Azərbaycanda 30-a yaxın mərkəz var, deyə bilərəm ki, bu mərkəz yaradılmış şəraitə görə digərlərindən tamamilə seçilir. Düşünürəm ki, növbəti mərhələlərdə Elm və Təhsil Nazirliyi tərəfindən də göstəriləcək dəstək nəticəsində mərkəzdə şagirdlərimiz üçün müvafiq öyrənmə mühiti yaradılacaq”.

“Əlavə olaraq səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin professormüəllim heyəti, tələbələri ilə görüşdük, eyni zamanda Naxçıvanda fəaliyyət göstərən digər müəssisələrlə tanış olduq. Bu səfər çərçivəsində Naxçıvanda ümumi və ali təhsil, elmin inkişafı ilə bağlı muxtar respublikanın müvafiq qurumları ilə birlikdə daha çox nə edə bilərik, bu barədə müvafiq birgə planımız olacaq.

Növbəti tədris ilində artıq bu planları icra etməyə başlayağıq”, - elm və təhsil naziri qeyd edib.

Son xəbərlər

Orphus sistemi