Daimiləşmənin nəticələrindən narazı qalan müəllimlərin sayı açıqlanıb

Elm və təhsil
  • 21 aprel, 2022
  • 07:06
Daimiləşmənin nəticələrindən narazı qalan müəllimlərin sayı açıqlanıb

"Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri artıq yekunlaşıb".

“Report” xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, təxminən 300-ə yaxın namizəd müraciət edib: “Növbəti həftə ərzində apellyasiya müsahibələri onlayn qaydada keçiriləcək və ictimaiyyətə geniş məlumat veriləcək”.

Mərkəz rəhbəri əlavə edib ki, aprelin 25-də müəllimlərin ənənəvi yerdəyişməsinin sənəd qəbuluna start veriləcək: “Proses mayın 4-nə kimi davam edəcək. Bu il əvvəlki illərdən fərqli olaraq namizədlər sənəd qəbulunda vakansiya seçimi etməyəcəklər, sadəcə şəxsi məlumatlarını göndərəcəklər, sənəd yükləmək lazım olsa sənəd yükləyəcəklər. Emal prosesindən sonra yeni qaydalarla vakant seçiminə start veriləcək”.