Bakıda məktəblilərə onlayn maarifləndirmə təlimi keçirilib

Bakıda məktəblilərə onlayn maarifləndirmə təlimi keçirilib Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Beynəlxalq Avtomobil Federasiyası (FİA) və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 10-12 yaşlı uşaqlar arasında Avropa Yol Hərəkəti Təhlükəsizliyi üzrə onlayn maarifləndirmə təlimi keçiril
Elm və təhsil
18 Noyabr , 2021 18:22
Bakıda məktəblilərə onlayn maarifləndirmə təlimi keçirilib

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Beynəlxalq Avtomobil Federasiyası (FİA) və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 10-12 yaşlı uşaqlar arasında Avropa Yol Hərəkəti Təhlükəsizliyi üzrə onlayn maarifləndirmə təlimi keçirilib.

Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polis (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Bildirib ki, məqsəd məktəblilərin yol hərəkəti təhlükəsizliyi, velosipeddən istifadə və yol mədəniyyəti barədə biliklərini artırmaq və onların yeni bilikləri əyləncəli şəkildə öyrənməsini təmin etməkdir.

Təlimdə AMAK-nun layihələr üzrə meneceri Ülviyyə Hüseynova, DYP-nin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, 211 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, müəllimlər, valideynlər və 5, 34, 45, 54, 104, 141, 211, 244, 266, 297 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” dərnəyinin 60 üzvü iştirak edib.

Təlim zamanı məktəblilər təqdim olunan viktorinanın suallarını cavablandırıb, velosipedin idarə olunması ilə bağlı labirint, səhvləri tapma kimi oyunlar oynayıblar. Uşaqlar əvvəlcədən onlara verilən materiallardan istifadə edərək çantalarına taxmaq üçün qaranlıqda daha yaxşı görünmələrini təmin edən işıq əksetdirici asılqanlar düzəldiblər.

Oyunlar bitdikdən sonra iştirakçıların sualları cavablandırılıb, maraqlı suallar müzakirə olunub.

Sonda uşaqların hər birinə iştirakçı sertifikatı veriləcəyi elan edilib.

Son xəbərlər

Orphus sistemi