Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir

Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir Günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib.
Ekologiya
9 Sentyabr , 2024 10:45
Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir

Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir.

Bu barədə "Report"a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən günəş aktivliyinin səviyyəsi artıb: "Kosmik aparatlar yerə yönələn tac kütlə atılmaları müşahidə edib. 10-11 sentyabr tarixlərində günəş aktivliyi M (R1-R2 - mülayim orta) və müəyyən ehtimalla X (R3 - güclü) səviyyədə olacaq".

Qeyd olunub ki, hazırda geomaqnit qasırğası orta səviyyədədir: "Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək. Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək".

Son xəbərlər

Orphus sistemi