"Anardan sonra Yazıçılar Birliyinin sədrliyinə tamah salan da olmayacaq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin qurultayında iştirak edən Xalq şairi Ramiz Rövşən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Anar Rzayevdən sonrakı Azərbaycan Yazıçılar Birliyi hazırkı Yazıçılar Birliyi ola bilməz:
"Bizdə hələ də həlledici vəzifədən çox şəxsiyyətdir. Bu, bizim reallığımızdır.
Mən sizə deyim ki, Anardan sonra sədrliyə tamah salan da olmayacaq. Anara alternativ olmaması alternativ ola biləcək insanların Anara olan hörmətdən və məhəbbətindən asılıdır. Yazıçılığı kənara qoysaq, Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu, böyük şərtdir. Auditoriyadakı əbədiyyət iddialı insanların qarşısında danışmaq çətindir, gör, onlara rəhbərlik etmək nədir".