DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəlib

DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəlib Qətərdə keçirilən dünya çempionatının D qrupunun II turunda üz-üzə gələcək Tunis və Avstraliya yığmalarının start heyətləri bəlli olub.
Dünya Çempionatı - 2022
26 Noyabr , 2022 15:58
DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəlib

Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.

"Report"un məlumatına görə, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.

Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.

İlk qələbəsini qazanan Avstraliya yığması 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Tunis isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Fransa seçməsi Danimarkanı sınağa çəkəcək.

15:08

Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları arasında D qrupunun II tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik avstraliyalılar hesabda öndədir - 1:0. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.

14:51

Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları arasında D qrupunun II tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, avstrliyalılar fasiləyə minimal hesablı üstünlüklə yollanıblar.

Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.

14:26

Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları arasında D qrupunun II tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 23-cü dəqiqədə fərqlənən Mitçell Dyuk avstraliyalıları önə keçirib.

14:01

Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları arasında D qrupunun II tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

13:08

Qətərdə keçirilən dünya çempionatının D qrupunun II turunda üz-üzə gələcək Tunis və Avstraliya yığmalarının start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar.

Tunis: Aymen Dahmen, Montassar Talbi, Yassin Meria, Dilan Bronn, Yussef Msakni (k), 9. İssam Cebali, Aysa Layduni, Elyess Sxiri, Məhəmməd Drager, Ali Abdi, Naim Sliti

Avstraliya: Metyu Rayan (K), Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar, Fran Karaçiç

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi