DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib

DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda üz-üzə gələcək Braziliya və İsveçrə milli komandalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
28 Noyabr , 2022 21:53
DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

"Report"un məlumatına görə, "sambaçılar" buna G qrupunun II turunda İsveçrəyə minimal hesabla qalib gəlməklə nail olub. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb. 3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.

21:40

Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə yığmaları arasında G qrupunun II tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 83-cü dəqiqədə Kazemiro "sambaçılar"ı önə keçirib.

21:05

Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə yığmaları arasında G qrupunun II tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

20:47

Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə yığmaları arasında G qrupunun II tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıb.

20:00

Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə milli komandaları arasında G qrupunun II tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

19:24

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda üz-üzə gələcək Braziliya və İsveçrə milli komandalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Kazemiro, Aleks Sandro, Fred, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Fabian Rider, Cibril So, Bril Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi