Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu müzakirə olunub

Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu müzakirə olunub Azərbaycan Din Xadimlərinin Forumunda "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu” mövzusunda panel müzakirə keçirilib.
Din
23 Dekabr , 2024 13:14
Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu müzakirə olunub

Azərbaycan Din Xadimlərinin Forumunda "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu” mövzusunda panel müzakirə keçirilib.

"Report"un məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın moderatorluğu ilə baş tutub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, ilk növbədə ailənin maarifləndirilməsi önəmlidir:

"Digər istiqamət olaraq gənclərin maarifləndirilməsi və gənclər arasında dini tədqiqatların aparılması mühüm əhəmiyyət kəsb edir".

Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova əsrlərdir dinin çox təsirli, böyük gücə malik olan alət olduğunu deyib:

"Dini tərbiyənin düzgün aparılması gələcəyimiz üçün vacibdir".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova milli-mənəvi dəyərlərin qorunması istiqamətində vətəndaş cəmiyyətinin rolundan danışıb:

"Azərbaycan insan hüquqlarının tam bərqərar olduğu ölkələrdən biridir. Siyasi təsir altında olan qüvvələrin ələ keçirmək istədiyi sahələr QHT-lər və dini kəsimlərdir. Çünki vətəndaş cəmiyyətinə bu istiqamətlərdə təzyiq etmək daha rahatdır".

O vurğulayıb ki, Azərbaycanda qadınlar vətəndaş cəmiyyətində çox aktiv təmsil olunurlar:

"Məsələn, 3750 QHT-nin 471-nin sədri məhz qadındır".

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov isə ailə mübahisələrinin həllində din xadimlərin rolunun artırılmasını təklif edib.

Panel müzakirələrdən sonra sual-cavabla davam edib.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi