Moratinos: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verə bilərlər

Moratinos: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verə bilərlər Dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə verə bilərlər.
Din
5 Noyabr , 2024 10:42
Moratinos: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verə bilərlər

Dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə verə bilərlər.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

"İqlim dəyişikliyi çoxsaylı qlobal çağırışlar arasında ən təxirəsalınmaz məsələlərdən biridir. COP29-a ev sahibliyi edən Azərbaycan hökuməti çox yaxşı başa düşür ki, ölkələr bu problemin öhdəsindən təkbaşına gələ bilməz. Buna görə də dini liderlərin sammiti ən münasib vaxtda təşkil olunub", - o qeyd edib.

Moratinosun sözlərinə görə, dini liderlər iqlim probleminə unikal insan mərkəzli yanaşmaya malikdirlər. O vurğulayıb ki, "insan aspekti" təəssüf ki, qlobal müzakirələrdə tez-tez diqqətdən kənarda qalır.

Ali nümayəndə əlavə edib ki, dini xadimlər siyasətçilərdən fərqli olaraq, mərhəmət, ədalət və insan ləyaqəti kimi mənəvi dəyərlərə diqqət yetirirlər.

Son xəbərlər

Orphus sistemi