İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
Xarici siyasət
- 13 fevral, 2026
- 16:49
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
"Report" xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin Prezidenti İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.
Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Dövlət başçısı Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.
Son xəbərlər
12:13
Sabah Bakıda bəzi yerlərdə yağış yağacaq
Ekologiya12:08
Azərbaycanda şəkər və qənd istehsalı 34 %-ə yaxın artıb
Biznes12:03
İrandan Azərbaycana 51 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Hadisə12:02
"İnter"in hücumçusunun zədəsi sağalıb
Futbol11:49
SEPAH İran Hərbi Dəniz Qüvvələrinin komandanı Təngsirinin ölümünü təsdiqləyib
Digər ölkələr11:47
Foto
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər
Daxili siyasət11:47
Video
Ramiz Rövşən: Rasim Balayev qohum, dost, sənətkar kimi əvəzsiz insan idi
Mədəniyyət siyasəti11:46
Daşkəsəndə yol çöküb
Hadisə11:34
Foto