Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində 26 nəfər ölüb - YENİLƏNİB
- 20 noyabr, 2025
- 15:49
Vyetnamın mərkəzi bölgəsində daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 26 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Vyetnamın xəbər portalı "VnExpress" məlumat yayıb.
Bildirlib ki, 9 nəfər itkin düşmüş hesab edilir.
Portalın məlumatına əsasən, noyabrın 16-dan 20-dək ən çox zərər Daklak və Khanxoa əyalətlərinə dəyib. Hər birində təbii fəlakət nəticəsində 11 nəfər həlak olub. Dananqda daha 1 nəfər, Hyuedə 2 nəfər və Zyalay əyalətində 1 nəfər həlak olub.
Vyetnamın mərkəzi hissəsində güclü yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Vietnam news" yerli Təbii Fəlakətlərlə Mübarizə və Bəndlərə Nəzarət İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, 5 nəfər itkin düşmüş hesab olunur. 43 mindən çox ev, eləcə də 10 min hektardan çox çəltik və digər kənd təsərrüfatı bitkiləri əkilmiş sahələr su altında qalıb.