Ukraynada hərbi qeydiyyat üçün 16 yaşdan 60 yaşa qədər kişilərin siyahısı hazırlanacaq

Ukraynada hərbi qeydiyyat üçün 16 yaşdan 60 yaşa qədər kişilərin siyahısı hazırlanacaq Ukraynada 16 yaşdan 60 yaşa qədər olan kişi vətəndaşların siyahısı tərtib ediləcək.
Digər ölkələr
16 Avqust , 2024 19:14
Ukraynada hərbi qeydiyyat üçün 16 yaşdan 60 yaşa qədər kişilərin siyahısı hazırlanacaq

Ukraynada 16 yaşdan 60 yaşa qədər olan kişi vətəndaşların siyahısı tərtib ediləcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-i ölkənin Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlər Kabinetinin bu gün keçirilən iclasında “Çağırışçılar, hərbi mükəlləfiyyətlilər və ehtiyatda olanlar haqqında məlumatların avtomatik yoxlanılması ilə bağlı pilot layihənin həyata keçirilməsi haqqında” qərar qəbul edilib.

Sənədə əsasən, 17-25 yaş arası gənclər hərbi həkim komissiyasından keçmədən hərbi qeydiyyata alınmalıdır, bu, həm Ukraynada yaşayanlara, həm də xaricdə olanlara aiddir.

Sənədlərin yoxlanılmasına gəlincə, xaricdə olan və Ukrayna və ya xarici pasport üçün müraciət edən 18-60 yaş arası kişilər “Trembita” dövlət elektron sistemi vasitəsilə hərbi qeydiyyat sənədlərinin etibarlı olub-olmaması ilə bağlı yoxlamadan keçəcəklər.

Bundan əlavə, Ukraynada yaşayan və pasport almaq üçün müraciət edən 16 yaşdan 25 yaşa qədər olan gənclər hərbi həkim komissiyasından keçmədən çağırışçılar, hərbi mükəlləfiyyətlilər və ehtiyatda olanların vahid dövlət reyestrinə daxil ediləcəklər.

Son xəbərlər

Orphus sistemi