Ukrayna büdcənin təxirəsalınmaz xərcləri üçün BVF-dən 1,1 milyard dollar alıb
Digər ölkələr
- 23 dekabr, 2024
- 12:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) Genişləndirilmiş Maliyyələşdirmə Proqramı (Extended Fund Facility, EFF) çərçivəsində büdcənin kritik xərclərinin ödənilməsi üçün 1,1 milyard dollar alıb.
Bu barədə “Report” Ukraynanın Baş naziri Denis Şmıqalın teleqram kanalına istinadən xəbər verir.
"Ukrayna BVF-dən 1,1 milyard dollar alıb. Bu, EFF genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində ümumi proqramın altıncı tranşıdır", - baş nazir bildirib.
O qeyd edib ki, vəsait büdcənin kritik xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Ümumilikdə EFF proqramı çərçivəsində Ukrayna BVF-dən artıq 9,8 milyard dollar alıb.
Son xəbərlər
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol
23:52
Skott Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından çox pul ödəyib
Digər ölkələr