Ukrayna Almaniyadan "Patriot" zenit-raket sistemləri alıb
Digər ölkələr
- 02 noyabr, 2025
- 19:33
Ukrayna Almaniyadan "Patriot" zenit-raket sistemləri alıb.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Biz Ukraynanın hava hücumundan müdafiə sistemində "Patriot" komponentini gücləndirdik. Bu birgə addım üçün Almaniyaya və şəxsən kansler Fridrix Mertsə təşəkkür. Biz vaxtilə bu hava hücumundan müdafiənin gücləndirilməsini hazırlamışdıq və indi əldə edilən razılaşmalar yerinə yetirilib", - deyə o yazıb.
Ukrayna lideri çatdırılan sistemlərin miqdarını açıqlamayıb.
Zelenski əlavə edib ki, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün gələcək birgə addımlar barədə danışıqlar həm hökumət səviyyəsində, həm də birbaşa sistem istehsalçıları ilə davam edir.
Son xəbərlər
20:47
Türkiyə XİN: Yəmənin cənubunda baş verənləri narahatlıqla izləyirik
Region20:44
Foto
"Qarabağ" qış hazırlığına start verib
Futbol20:30
Maduronun ailəsinə və nazirlərə qarşı ittihamlar açıqlanıb
Digər ölkələr20:13
Kamboca Tailandı sərhəd bölgələrindən qoşunları çıxarmağa çağırıb
Digər ölkələr20:04
KİV: İranda ərəb əsilli siyasi məhkum edam olunacaq
Region19:50
Çin ABŞ-nin Venesuelaya zərbələrini pisləyib
Digər ölkələr19:31
İranın ali rəhbəri: Etirazlar əsaslıdır
Region19:21
Lavrov Venesuelanın vitse-prezidenti ilə danışıb
Region19:15