Uitkoff: BƏƏ-də baş tutan üçtərəfli görüş konstruktiv keçib
Digər ölkələr
- 25 yanvar, 2026
- 02:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin BƏƏ-də baş tutan üçtərəfli görüşü konstruktiv keçib və danışıqların gələn həftə davam etdirilməsi planlaşdırılır.
"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff sosial media hesabında yazıb.
"Danışıqlar çox konstruktiv keçib və danışıqların gələn həftə Əbu-Dabidə davam etdirilməsi planları hazırlanıb. Prezident Tramp və onun bütün komandası bu müharibəyə son qoymağa sadiqdirlər", - deyə Uitkoff bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti mərhələsi 1 fevralda Əbu-Dabidə keçiriləcək.
Son xəbərlər
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr
00:54
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır
Region
00:30
Foto
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
00:01
Video
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Daxili siyasət
00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Daxili siyasət