Türkmənistan Əfqanıstanla sərhəddə yerləşən Sərhədabad şəhərinə ağır hərbi texnikalar göndərib.
"Report"un məlumatına görə, bu barədə "Turkmen.news" portalı bir neçə məlumatlı mənbəyə istinadən xəbər verib.
Xüsusilə tanklar, silahlar və zirehli nəqliyyat vasitələri sərhədə yerləşdirilib. Redaksiyada müvafiq fotolar olsa da, nəşr çəkiliş müəlliflərinin təhlükəsizliyi naminə onları yayımlamayıb.
Mənbənin verdiyi məlumata görə, cənub sərhəd bölmələrinə son üç gündə bir neçə dəfə döyüş həyəcanı siqnalı verilib. Bundan əlavə, 9 iyul gecəsi Əfqanıstan ərazisindən güclü partlayış səsləri eşidilib.