Tramp: Yalnız ABŞ Rusiya və Çini Qrenlandiya ətrafındakı ərazilərdən çıxmağa məcbur edə bilər

Digər ölkələr
  • 14 yanvar, 2026
  • 18:28
Tramp: Yalnız ABŞ Rusiya və Çini Qrenlandiya ətrafındakı ərazilərdən çıxmağa məcbur edə bilər

Ağ Evin sahibi Donald Tramp bəyan edib ki, yalnız ABŞ Rusiya və Çin hərbçilərini Arktikada Qrenlandiyaya bitişik akvatoriyaları tərk etməyə məcbur edə bilər.

"Report" xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.

"NATO: Danimarkaya deyin ki, onları buradan dərhal çıxarsınlar! Bunu yalnız ABŞ edə bilər", - paylaşımda deyilir.

O, öz paylaşımına "Just the News" informasiya portalında dərc olunan məqaləyə keçid əlavə edib. Məqalədə Danimarkanın hərbi kəşfiyyatının Rusiyanın və Çinin Qrenlandiya yaxınlığındakı akvatoriyada və Arktika bölgəsində hərbi mövcudluqlarını gücləndirməyi planlaşdıra biləcəyi barədə iddiaları yer alır.

Daha əvvəl Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi zərurətini bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti