Tramp Minneapolisdəki atışmaya münasibət bildirib

Digər ölkələr
  • 25 yanvar, 2026
  • 03:49
Tramp Minneapolisdəki atışmaya münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp Minnesota ştatının Minneapolis şəhərində immiqrantlara qarşı keçirilən basqın zamanı baş verən atışmaya münasibət bildiribş

"Report" xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social"dakı səhifəsində məlumat verib.

Siyasətçi federal agent tərəfindən vurulan kişiyə məxsus odlu silahın fotosunu paylaşıb və yerli polisin harada olduğunu, İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) həmkarlarını niyə qorumadıqlarını soruşub.

Tramp qeyd edib ki, bəzi məlumatlara görə, polis əməkdaşlarına işlərini görməyə və federal agentləri qorumağa icazə verilməyib.

"Vaxtilə böyük Minnesota ştatından oğurlanan on milyardlarla dollar haradadır? Biz bu vəziyyəti milyardlarla dollar vəsait itkisinə səbəb olan kütləvi maliyyə fırıldaqçılığı və Demokratların açıq sərhəd siyasəti nəticəsində ştata buraxılan qanunsuz cinayətkarlar üzündən yaşayırıq. Biz pulu indi və dərhal geri istəyirik", - deyə Amerika lideri yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti