Tramp ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə investor Barrakı irəli sürüb

Tramp ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə investor Barrakı irəli sürüb ABŞ-nin seçilmiş prezidenti Donald Tramp investor Tomas Barrakı ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə irəli sürüb.
Digər ölkələr
11 Dekabr , 2024 07:58
Tramp ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə investor Barrakı irəli sürüb

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp investor Tomas Barrakı ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Məmnuniyyətlə elan edirəm ki, Tom Barrak Türkiyədə növbəti səfirimiz olacaq. Tom otuz il ərzində özəl investisiya şirkətinə uğurla rəhbərlik edib”, – Tramp yazıb. O, Barrakın lazımi təcrübəyə malik olduğunu və həm siyasi, həm də işgüzar dairələrdə hörmət qazandığını qeyd edib.

“Barrak Colony Capital” investisiya şirkətinin təsisçisi, Trampın yaxın dostu və onun inauqurasiya mərasimi komitəsinin keçmiş sədridir. 2021-ci ilin yayında o, Trampın xarici siyasətinə təsir etmək və BƏƏ-nin maraqlarını lobbiçilik etmək məqsədilə sövdələşmədə ittiham olunub. 2022-ci ilin noyabrında məhkəmə Barrakı bütün ittihamlar üzrə təqsirsiz hesab edib.

Son xəbərlər

Orphus sistemi