Yaponiya Silahlı Qüvvələri on il ərzində materik Çindəki hədəflərə hücum edə bilən ən azı 1 500 ədəd uzaqmənzilli raket almaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Sankei” qəzeti Yaponiyanın Milli Müdafiə Mazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Birincisi, Tokio hərbi gəmiləri və ehtimal ki, sualtı qayıqları təchiz etmək üçün ABŞ-dan “Tomaqavk” qanadlı raketləri almağı planlaşdırır.
Modifikasiyadan asılı olaraq, onlar 2,5 min km-ə qədər məsafəyə malik ola bilərlər. Artıq bununla bağlı ABŞ-la danışıqlar aparılır, lakin alınan “Tomaqavk” raketlərinin sayı və onların modelləri barədə hələlik məlumat verilmir.
Eyni zamanda, Yaponiya hərbi idarəsi özünün yerüstü tipli Type-12 raketini modifikasiya edir. Onun uçuş məsafəsi min km-dən çox olmalıdır. Bu raketlər 2026-cı ildən qoşunlara təhvil verilməlidir, həmçinin onların gəmilər və döyüş təyyarələri üçün versiyalarda kütləvi istehsalı nəzərdə tutulur.
Tokio NATO ölkələrindən nümunə götürərək onları ölkənin ümumi daxili məhsulunun 2%-ni keçən səviyyəyə çatdırmağı planlaşdırır.