Slovakiya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Digər ölkələr
- 06 oktyabr, 2025
- 21:04
Slovakiya Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımını ehtiva edən yeni hərbi dəstək paketi hazırlayır.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinak Kiyevdə Üçüncü Beynəlxalq Müdafiə Sənayesi Forumunda (DFNC3) açılış nitqi zamanı bildirib.
"Böyük məmnuniyyətlə bildirirəm ki, nazir Şmıqalla mən indicə Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini özündə əks etdirən 14-cü yardım paketinə dair memorandum imzalamışıq", - o deyib.
R.Kalinak onsuz da hərtərəfli olan müdafiə əməkdaşlığını genişləndirmək, potensial layihələri müəyyən etmək məqsədilə ukraynalı həmkarı Denis Şmıqalla işləmək üçün Kiyevdə olduğunu vurğulayıb.
Son xəbərlər
20:55
BP "Bakı-Supsa" və BTC-də operatorluğun Azərbaycan, Gürcüstan və Türkiyəyə verilməsi ilə bağlı danışıqlar aparır - EKSKLÜZİV
Energetika20:49
Rubio: Aİ-nin X sosial şəbəkəsini cərimələməsi Amerika xalqına zərbədir
Digər ölkələr20:36
Pakistan Qətər və İtaliyadan 45 partiya maye qaz alışından imtina edib
Digər ölkələr20:30
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur başa çatıb
Komanda20:24
Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq
ASK20:22
Foto
"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub
Mədəniyyət20:11
ING Azərbaycanda 2025-2026-cı illər üçün inflyasiya proqnozlarını yenidən nəzərdən keçirib
Maliyyə20:04
Foto
Gürcüstanın Host TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub
Media20:02
Foto