Siyarto: Albaniyanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların birinci mərhələsi başlayıb

Siyarto: Albaniyanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların birinci mərhələsi başlayıb Avropa İttifaqı (Aİ) Albaniyanın təşkilata üzvlüyü ilə bağlı danışıqlara başlayıb.
Digər ölkələr
15 Oktyabr , 2024 13:50
Siyarto: Albaniyanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların birinci mərhələsi başlayıb
Peter Siyarto

Avropa İttifaqı (Aİ) Albaniyanın təşkilata üzvlüyü ilə bağlı danışıqların birinci mərhələsinə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Lüksemburqda Albaniyanın baş naziri Edi Rama ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Albaniya üzvlük danışıqları meyarlarına tam cavab verir və onun Aİ-yə qəbulu birliyin bütün üzvlərinin xeyrinə olacaq. “Biz bütün Qərbi Balkan dövlətlərinin Avropa İttifaqına qoşulması prosesini sürətləndirməliyik”, - P.Siyarto bildirib. O, Macarıstanın 2024-cü ilin ikinci yarısında Avropa Şurasına sədrliyi dövründə bunu əsas vəzifələrdən biri hesab etdiyini təsdiqləyib.

Eyni zamanda, nazir bunun uzun və çətin proses olacağını bildirib.

Albaniyanın Aİ-yə daxil olması üçün heç bir dəqiq vaxt müəyyən edilməyib, danışıqlar illərlə davam edə bilər. Ölkə 2014-cü ilin iyun ayında Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusunu alıb. Avropa İttifaqı Şurası 2020-ci ilin martında Albaniyanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına razılıq verib. Aİ 2022-ci ilin iyulunda Albaniya ilə danışıqlara başlayıb.

Son xəbərlər

Orphus sistemi