Rusiya Ukraynaya zərbə endirib, 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb
Digər ölkələr
- 21 oktyabr, 2025
- 18:37
Rusiya qoşunlarının Ukraynanın Çerniqov vilayətinin Novqorod-Severski şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində dörd nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Çerniqov vilayət hərbi administrasiyasının başçısı Vyaçeslav Çaus bildirib.
"Novqorod-Severskiyə kütləvi hücum olub. Ruslar "Şahed"lərlə zərbə endiriblər - təxminən 20 hücum olub. Artıq dörd nəfərin həlak olduğu məlumdur. Onların hamısı mülki şəxslərdir - iki kişi və iki qadın. Ailələrinə başsağlığı verirəm", - Çaus telegram kanalında yazıb. Onun məlumatına görə, tibbi yardım üçün yeddi nəfər müraciət edib, onlardan biri uşaqdır. "Yaralılardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır", - V.Çaus bildirib.
Son xəbərlər
19:54
Azərbaycan Basketbol Liqasında XVI tur başa çatıb
Komanda19:48
Britaniya Baş nazirinin aparat rəhbəri Epşteyn qalmaqalı fonunda istefa verib
Digər ölkələr19:46
Azərbaycan stolüstü tennisçisi yeni mövsümə uğurla başlayıb
Fərdi19:36
Valdas Dambrauskas: "Araz-Naxçıvan" üzərində qələbə möhtəşəm idi"
Futbol19:29
Türkiyədə sabahdan toyuq məhsullarının ixracı dayandırılacaq
Region19:10
Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib
Hadisə18:54
MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib
Fərdi18:43
Suriyada daşqınlar nəticəsində 3 nəfər həlak olub
Digər ölkələr18:43