Valdas Dambrauskas: "Araz-Naxçıvan" üzərində qələbə möhtəşəm idi"

Futbol
  • 08 fevral, 2026
  • 19:36
Valdas Dambrauskas: Araz-Naxçıvan üzərində qələbə möhtəşəm idi

"Sabah" Misli Premyer Liqasının XIX turunda "Araz-Naxçıvan" üzərində möhtəşəm qələbə qazanıb.

"Report" xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas rəqibi 4:1 hesabı ilə estələdikləri oyundan sonra mətbuat konfransında deyib.

Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

"Futbolçularımı təbrik edirəm, möhtəşəm qələbə idi. Oyunçularım bu gün necə istəkli və qələbəyə ac olduqlarını göstərdilər. Məğlub etdiyimiz "Zirə" və "Araz-Naxçıvan" turnir cədvəlinin yuxarı sıralarında qərarlaşan top-komandalardır, heyətlərində çox təcrübəli oyunçular var".

Baş məşqçi azarkeşlərin sayının az olmasından təəssüfləndiyini gizlətməyib:

"Azarkeşlərimizi də təbrik edirəm, lakin matçlarımıza daha çox tərəfdarın gəlməsini istəyərdim. Bu gün sayları az idi. Qollar vurulanda azarkeşlərin bunun canlı şahidi olmalarını arzulayırdım. Artıq ilk hissənin 16-cı dəqiqəsinə qədər üç qol vurmuşduq. Daha çox fərqlənə bilərdik. İkinci hissəni də yaxşı keçirdik, dördüncü qolumuz isə möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı toxunulmaz saxlayaq, amma ən vacibi nəticədir".

Son xəbərlər

Bütün Xəbər Lenti