Rusiya ABŞ-nin Venesuelaya zərbələrini pisləyib

Digər ölkələr
  • 03 yanvar, 2026
  • 14:48
Rusiya ABŞ-nin Venesuelaya zərbələrini pisləyib

Rusiya ABŞ-nin Venesuelaya qarşı hərəkətlərini pisləyir.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, endirilən zərbələr ciddi narahatlıq doğurur və qətiyyətlə pislənməlidir.

XİN vurğulayıb ki, bu cür hərəkətlərə haqq qazandırmaq üçün istifadə olunan bəhanələr əsassızdır.

"Yaranmış vəziyyətdə hər şeydən əvvəl gərginliyin böyüməsinin qarşısını almaq və dialoq yolu ilə çıxış yolu tapmağa diqqət yetirmək vacibdir. Hesab edirik ki, bir-birinə qarşı iddiası olan bütün tərəfdaşlar problemlərin dialoq vasitəsilə həll yollarını axtarmalıdırlar. Biz onları bu məsələdə dəstəkləməyə hazırıq. Latın Amerikası 2014-cü ildə özünün elan etdiyi kimi, sülh zonası olaraq qalmalıdır. Venesuelanın isə öz müqəddəratını təyin etmək hüququ heç bir dağıdıcı, xüsusilə də kənardan hərbi müdaxilə olmadan təmin edilməlidir", - məlumatda deyilib.

Moskva Venesuela xalqı ilə həmrəyliyini və ölkənin bolivarianizmə sadiq rəhbərliyinin milli maraqların və suverenliyin qorunmasına yönəlmiş kursuna dəstəyini ifadə edib.

Bundan başqa, Rusiya Venesuela və bir sıra Latın Amerikası ölkələrinin BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı çağırışını dəstəkləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti