Robert Fitso Avropa İttifaqının siyasətini tənqid edib
- 05 iyun, 2024
- 19:51
“Avropa İttifaqında fərqli fikir bildirmək hüququ artıq mövcud deyil”.
“Report” xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso öz feysbuk səhifəsində həmvətənlərinə videomüraciətində bildirib.
Onun sözlərinə görə, Bratislava beynəlxalq arenada suveren siyasəti həyata keçirəcək: “Mən bu gün bəzi böyük Qərb demokratiyalarının sərt şəkildə təbliğ etdiyi yeganə doğru baxış siyasəti ilə kökündən razı deyiləm. Mən başqa ölkələrin daxili işlərinə müdaxiləni və öz yolu ilə getmək qərarına gələn ölkələrə demokratiyanın zorla ixracını rədd edirəm.
“Təbii ki, Avropa İttifaqı və NATO-ya üzvlükdən irəli gələn, lakin dünyanın dörd bir tərəfinə yönəlmiş suveren Slovakiya xarici siyasəti sadəcə dəbdə deyil”.
O xatırladıb ki, Slovakiya sosial-demokratları ilə Aİ və NATO-dakı tərəfdaşlar arasında münasibətlər Ukraynadakı vəziyyətə yanaşma fərqliliyi səbəbindən pisləşib:
“Bu, Ukraynaya humanitar yardımdan əlavə, dövlət ehtiyatlarından hər hansı hərbi yardım göstərməkdən imtina edəndə baş verdi. Biz prinsipcə müharibədən daha çox sülhə üstünlük verməyə davam edirik. Məhz Ukrayna münaqişəsi Aİ və NATO-da yeganə doğru baxış konsepsiyasını daha da gücləndirdi, hətta xeyir-dua verdi, yəni Rusiyanı zəiflətmək üçün Ukraynadakı müharibə nəyin bahasına olursa olsun davam etməlidir. Bu cür vahid və məcburi baxışı qəbul etməyən hər kəs dərhal Rusiya agenti damğası alır və beynəlxalq siyasi səhnədə kənara çəkilir. Bu, sərt bəyanatdır, lakin Aİ-də fərqli fikir bildirmək hüququ artıq mövcud deyil”.