Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib

Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib Avqust ayında İsrail Müdafiə Qüvvələrinin mülki şəxslərin Qəzza zolağındakı yaşayış məntəqələrini tərk etmələrini tələb edən əmrləri 250 min fələstinlini əhatə edib.
Digər ölkələr
24 Avqust , 2024 12:21
Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib

Avqust ayında İsrail Müdafiə Qüvvələrinin mülki şəxslərin Qəzza zolağındakı yaşayış məntəqələrini tərk etmələrini tələb edən əmrləri 250 min fələstinlini əhatə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.

"Avqustun 21-nə olan məlumata görə, bu ay verilən təxliyə əmrləri 250 minə yaxın Qəzza sakinini əhatə edib", - məlumatda bildirilib.

Avqustun 21-i və 22-də verilmiş üç təxliyə əmri daha 28,5 min insanın didərgin düşməsinə səbəb olub. Beynəlxalq təşkilatın məlumatına görə, onlar anklavda fəaliyyət göstərən 146 qaçqın düşərgəsinə yerləşdiriliblər.

Hesabatın müəllifləri qeyd ediblər ki, təxliyə əmrləri BMT, qeyri-hökumət və humanitar təşkilatların əməkdaşlarından da yan keçməyib.

Son xəbərlər

Orphus sistemi