Bəqai: ABŞ-nin Tehranın bioloji silah hazırlaması iddiası bəhanəsi məqsədi daşıyır

Region
  • 20 noyabr, 2026
  • 03:22
Bəqai: ABŞ-nin Tehranın bioloji silah hazırlaması iddiası bəhanəsi məqsədi daşıyır

ABŞ-nin Tehranın bioloji və kimyəvi silahlar hazırlaması iddiaları hərbi işğal üçün bəhanə yaratmaq məqsədi daşıyır.

"Report" xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai belə iddia ilə çıxış edib.

"İranın nüvə təhdidi" barədə iri miqyaslı hekayədən sonra Amerika rəsmiləri indi İranın bioloji və ya kimyəvi silahlar hazırladığına dair əlamətlər iddia edirlər. Amerika rəsmiləri həqiqətən dünyanın Kolin Pauellin 2003-cü ildə BMT Təhlükəsizlik Şurasındakı məşhur çıxışını, İraqın kütləvi qırğın silahlarının yaratdığı təhlükənin "vizual sübutu" kimi kiçik flakonu nümayiş etdirdiyini unutduğunu ümid edirlər? Bu epizod müasir tarixin ən ciddi kəşfiyyat uğursuzluqlarından və siyasi yalanlarından birinin davamlı simvoluna çevrilib.

Budur, indi də biz eyni saxtakarlıq xətləri boyunca davam edən yeni pis ittihamlarla və hekayə ilə qarşılaşırıq", - o, "X"dəki hesabında yazıb.

2003-cü ildə ABŞ İraqı kütləvi qırğın silahlarına sahib olmaqda ittiham edib. Məlumatı araşdıran BMT komissiyası kütləvi qırğın silahlarının heç bir izini tapmayıb. Buna baxmayaraq, ABŞ ölkəyə hərbi müdaxilə edib, lakin əməliyyat zamanı İraqda heç bir kimyəvi və ya bioloji silah tapılmayıb.

44 filmi