İsrailin Qəzzanı tərk etmək əmri 213 min fələstinlini əhatə edib

İsrailin Qəzzanı tərk etmək əmri 213 min fələstinlini əhatə edib İsrail Müdafiə Qüvvələrinin (IDF) avqust ayında Qəzza zolağında mülki əhalinin təxliyəsi ilə bağlı verdiyi göstərişlər təxminən 213 min fələstinlini əhatə edib.
Digər ölkələr
21 Avqust , 2024 10:07
İsrailin Qəzzanı tərk etmək əmri 213 min fələstinlini əhatə edib

Avqust ayında İsrail Müdafiə Qüvvələrinin mülki şəxslərin Qəzza zolağındakı yaşayış məntəqələrini tərk etmələrini tələb edən əmrləri 213 min fələstinlini əhatə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.

“Avqustun əvvəlindən İsrail hərbçiləri Xan Yunis, Deyr əl-Bələh və daha az dərəcədə Qəzzanın şimalında təxminən 213 min nəfəri əhatə edən 9 təxliyə əmri verib”, - təşkilatın saytında dərc olunmuş hesabatda bildirilib.

Beynəlxalq təşkilatın məlumatına görə, Əl-Məvasi bölgəsində əhalinin sıxlığı kəskin artaraq hər kvadratkilometrə 30-34 min nəfər arasında dəyişir. Münaqişədən əvvəl bu rəqəm hər kvadratkilometrə 1,2 min nəfər olub. Hesabat müəllifləri qeyd ediblər ki, bu, anklavda humanitar vəziyyəti kəskin şəkildə pisləşdirir.

Son xəbərlər

Orphus sistemi