Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb, ölən və yaralananlar var - VİDEO

Digər ölkələr
  • 17 iyun, 2018
  • 09:29
Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb, ölən və yaralananlar var - VİDEO

Bakı. 17 iyun. REPORT.AZ/ Qazaxıstanın cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində 1 yeniyetmə ölüb, daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“Report” xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qatar Astanadan Alma-Atı istiqamətində hərəkətdə olub.

Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb, ölən və yaralananlar var - VİDEO