Bakı. 11 yanvar. REPORT.AZ/ Parisdə son terror hadisələrinin qurbanlarını anmaq üçün Ümumrespublika Birlik Yürüşü keçirilir.
"Report" xəbər verir ki, bir milyondan çox insanın iştirak etdiyi tədbirdə Fransanın ayrı-ayrı siyasi liderləri ilə yanaşı xarici ölkələrin rəsmiləri də iştirak edirlər.
Yürüşə Ukrayna prezidenti Pyotr Prosenko, Rusiya xarici işlər naziri Sergey Lavrov, İsrailin baş naziri Benyamin Netanyahu, Fələstin rəhbəri Mahmud Abbas, Almaniya kansleri Angela Merkel, Böyük Britaniya baş naziri Devid Kemeron, İtaliya baş naziri Matteo Renzi, Türkiyə baş naziri Əhməd Davudoğlu da qatılıblar.
Aksiya “Biz hamımız fransızıq, hamımız Çarliyik”, “Yaşasın Fransa” və “Fransa birdir və bölünməz” şüarları ilə keçirilir.
Birlik Yürüşünü yeddi mindən artıq polis əməkdaşı mühafizə edir.