Nyu-York məhkəməsi Trampın keçmiş vəkilini müflis elan etməkdən imtina edib

Nyu-York məhkəməsi Trampın keçmiş vəkilini müflis elan etməkdən imtina edib Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal İflas Məhkəməsi keçmiş hüquqşünas və ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəriki Rudi Culianinin müflis olması barədə ərizəsini rədd edib.
Digər ölkələr
13 İyul , 2024 02:20
Nyu-York məhkəməsi Trampın keçmiş vəkilini müflis elan etməkdən imtina edib

Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal İflas Məhkəməsi keçmiş hüquqşünas və ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəriki Rudi Culianinin müflis olması barədə ərizəsini rədd edib.

“Report” xəbər verir ki, bu barədə “ABC” telekanalı məhkəmə qərarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, hakim Şon Leyni Culianinin məhkəmə ilə kifayət qədər əməkdaşlıq etməməsi və maddi vəziyyətini aydın göstərə bilməməsi məmnun etməyib.

Sənədə əsasən, Trampın keçmiş vəkili işi ilə bağlı ona bildirilən problemləri həll etmək üçün “heç nə etməyib”.

Beləliklə, Trampın şəriki ərizəsi baxılan müddətdə borcların ödənilməsi ilə bağlı hüquqi müdafiədən məhrum olur. O yalnız bir ildən sonra yenidən müflis elan olunması ilə bağlı müraciət edə biləcək və onun Nyu-York məhkəməsinin qərarından apellyasiya şikayəti vermək imkanı var.

Son xəbərlər

Orphus sistemi