Nyu-Delhi aeroportunda ən azı 22 reys ləğv edilib
- 18 dekabr, 2025
- 12:23
Nyu-Delhidəki İndira Qandi beynəlxalq hava limanında ən azı 22 reys ləğv edilib.
Bu barədə "Report" "Hindustan Times"a istinadən xəbər verir.
Məlumata görə, 250-dən çox reys Nyu-Delhi və Hindistanın şimalında yaranan qatı duman səbəbindən əhəmiyyətli gecikmələrlə üzləşib.
Nəşr bildirib ki, Nyu-Delhidə hava keyfiyyəti indeksi (AQI) 358 səviyyəsinə çatıb, bu da "son dərəcə təhlükəli" çirklənmə səviyyəsi kimi təsnif edilir.
Ekoloji fəlakətlə mübarizə aparmaq üçün Nyu-Dehli hakimiyyəti dekabrın 18-dən etibarən bir sıra təcili tədbirlər tətbiq edib. Bunların arasında dövlət qulluqçularının və ofis işçilərinin hibrid iş formatına keçirilməsi və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin şəhər ərazisinə daxil olmasına əhəmiyyətli məhdudiyyətlərin tədbiq olunması var.