Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb, cinayət işi başlanılıb
Hadisə
- 18 dekabr, 2025
- 17:34
"Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda həyat yoldaşını öldürməyə cəhd edən şəxs saxlanılıb, cinayət işi başlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə dekabrın 17-də rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Zakir Abbasovun həyat yoldaşı Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Z.Abbasov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Son xəbərlər
20:43
Avropa Mərkəzi Bankı faiz dərəcələrini dəyişməyib
Digər ölkələr20:31
Lukaşenko ABŞ ilə böyük sövdələşmənin mümkün olduğunu bəyan edib
Digər ölkələr20:27
"Terrorsuz Türkiyə" ilə bağlı hesabat Ərdoğana təqdim edilib
Region20:23
Davud Rüstəmov: "Kiberhücumların kritik infrastrukturlara keçməməsi üçün preventiv tədbirlər görülür"
İKT20:20
Foto
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb
Xarici siyasət20:17
Foto
Vilayət Eyvazov yenidən Atıcılıq Federasiyasının prezidenti seçilib
İdman20:07
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Digər ölkələr20:01
Foto
Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb
Komanda19:46