Nigeriyada ibadət zamanı kilsənin tavanı uçub, 160 nəfər ölüb - VİDEO

Digər ölkələr
  • 11 dekabr, 2016
  • 12:12
Nigeriyada ibadət zamanı kilsənin tavanı uçub, 160 nəfər ölüb - VİDEO

Bakı. 11 dekabr. REPORT.AZ/ Nigeriyada kilsənin tavanının uçması nəticəsində ən azı 160 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli xəstəxananın direktoruna istinadən "Associated Press" məlumat yayıb.

İnsident şənbə günü ölkənin cənub-qərbində yerləşən Uyo şəhərində (Akva-İbom ştatı) baş verib.

Kilsənin tavanı ibadət zamanı uçub. Qeyd olunur ki, ölənlər arasında yüksək vəzifəli məmurlar da ola bilər. Hadisə yerində xilasetmə işləri davam etdirilir.