MİT Suriyanın şimalında əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib

Digər ölkələr
  • 19 avqust, 2023
  • 07:18
MİT Suriyanın şimalında əməliyyat keçirib, PKK-nın rəhbər şəxsi məhv edilib

Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalındakı Haseke ərazisində yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK terror təşkilatının “rəhbər şəxsi” Hicran İcuzu məhv edilib.

Onun “silahlı qadınlar və gənclər təşkilatı”nın “rəhbəri” olduğu qeyd olunub.