Miçiqan məhkəməsi məktəbdə silahlı hücum törətmiş yeniyetmənin valideynlərinə hökm oxuyub

Digər ölkələr
  • 09 aprel, 2024
  • 19:46
Miçiqan məhkəməsi məktəbdə silahlı hücum törətmiş yeniyetmənin valideynlərinə hökm oxuyub

ABŞ-nin Miçiqan ştatının Oklend dairəsinin hakimi 2021-ci ildə Oksford məktəbində silahlı hücum törətmiş 17 yaşlı İtan Kramblinin valideynləri Ceyms və Cennifer Kramblini həbs cəzasına məhkum edib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Krambli ailəsi ABŞ tarixində məktəb zarafatına görə məhkum olunan ilk valideyn olub.

Ceyms və Cennifer Krambli 10-15 il müddətinə azadlıqdan məhrum edilib. Onlar oğluna silah əldə etmək imkanı vermək və onun psixi sağlamlığına etinasızlıq göstərməklə ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli biliniblər.

Kramblilər 2021-ci ilin dekabrında, oğlunun məktəbə atəş açmasından, dörd nəfərin ölümündən və yeddi nəfərin yaralanmasından üç gün sonra həbs olunub. İtan Krambli hadisə yerində saxlanılıb. 2023-cü ildə o, ömürlük həbs cəzasına məhkum edilib. Krambli günahını tam etiraf edib.

Ceyms və Cennifer Kramblinin işlərinə baxış ayrı-ayrılıqda keçirilsə də, onlara hökm birgə oxunub. İclasda onlar hücumda həlak olanların ailələrindən bağışlanmalarını istəyiblər.