AMB iqtisadi artım proqnozlarını yaxşılaşdırıb

Maliyyə
  • 29 oktyabr, 2026
  • 11:18
AMB iqtisadi artım proqnozlarını yaxşılaşdırıb

Bu il Azərbaycanda iqtisadi artımın 1,3 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,8 % olacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Gələn il üçün isə müvafiq olaraq 2,3 % və 4,3 % artım proqnozlaşdırılır", - deyə o qeyd edib.

Xatırladaq ki, AMB bundan əvvəl iyulda 2026-cı ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 0,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 2,4 %, 2027-ci ildə isə müvafiq olaraq 2,6 % və 3,9 % artacağını proqnozlaşdırmışdı.

"9 ayda iqtisadi artım 1,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 2,6 % olub. Qeyri-neft-qaz ÜDM-nin artımına əsas töhfə verən sahələr sırasında turizm, ticarət, rabitə var. Bizim proqnozlarımız nikbindir", - deyə T.Kazımov vurğulayıb.