Meksikada silahlı şəxslər 18 nəfəri öldürüb

Meksikada silahlı şəxslər 18 nəfəri öldürüb Meksikanın cənub-qərbində Herrero ştatının San-Migel-Totolapan yaşayış məntəqəsində naməlum cinayətkarlar 18 nəfəri öldürüblər.
Digər ölkələr
6 Oktyabr , 2022 07:22
Meksikada silahlı şəxslər 18 nəfəri öldürüb

Meksikanın cənub-qərbindəki Herrero ştatının San-Migel-Totolapan yaşayış məntəqəsində naməlum cinayətkarlar 18 nəfəri öldürüblər.

“Report” xəbər verir ki, bu barədə “La Jornada” qəzeti regiondakı mənbələrə istinadən məlumat yayıb.

Silahlı şəxslər administrasiya binasına hücum etməzdən əvvəl mer Konrado Mendosu və onun atası Xuan Mendosu güllələyiblər. Bu hücum zamanı 16 nəfər həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

Rayon rəsmiləri yaşayış məntəqəsində silahlı hücum barədə məlumatı təsdiqləsələr də, ölən və yaralananların sayı barədə məlumat verməyiblər. İctimai təhlükəsizlik departamentindən verilən açıqlamaya əsasən hadisə yerinə 100-dən çox ştat polisi gəlib. Qatillərin axtarışı əməliyyatına quru qoşunlarının və dəniz piyadalarının əsgərləri, həmçinin azı iki helikopter cəlb edilib.

Son xəbərlər

Orphus sistemi