Mask: “Neuralink” çipli adam düşüncələrdən istifadə edərək “X”də paylaşım edib
Digər ölkələr
- 23 mart, 2024
- 03:55
İlon Maskın neyrotexnoloji şirkəti “Neuralink”in beyninə implant yerləşdirdiyi pasiyent Nolan Arbo düşüncə vasitəsilə “X”də paylaşım edib.
“Report” xəbər verir ki, bu barədə amerikalı milyarder sosial şəbəkədə bildirib.
“Sadəcə düşüncə vasitəsilə “Neuralink”in “Telepath” implantından istifadə edərək tarixdə ilk paylaşım”, – Mask qeyd edib.
“Tvitter məni bot hesab etdiyi üçün əngəlləyib, lakin “X” və İlon Mask məni bərpa ediblər, çünki mən beləyəm”, – Arbonun postunda yazılıb.
29 yaşlı Nolan Arbo təxminən səkkiz il əvvəl qəza nəticəsində iflic olduğunu və çiyinlərindən aşağı hiss etmədiyini bildirib. İndi həmin şəxs öz noutbukunun ekranında şahmat taxtasındakı kursoru düşüncə gücü ilə hərəkət etdirə, fiqurları yenidən düzə bilər.
Son xəbərlər
07:38
"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək
Digər ölkələr07:35
DÇ-2026: Argentina - İsveçrə oyununda üçüncü qol vurulub - YENİLƏNİR-7
Futbol07:11
İran ABŞ-nin regiondakı hədəflərinə zərbələr endirib
Region06:44
Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər
Daxili siyasət06:35
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər
Elm və təhsil06:13
Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr05:42
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Digər ölkələr05:26
Norveç millisinin baş məşqçisi Stole Solbakken: "Hazırda yalnız böyük məyusluq hiss edirəm"
Futbol05:13