Lukaşenko: Kiyev və Moskva müharibənin təkrarlanmayacağı ilə bağlı təminat istəyir

Digər ölkələr
  • 17 dekabr, 2025
  • 10:57
Lukaşenko: Kiyev və Moskva müharibənin təkrarlanmayacağı ilə bağlı təminat istəyir
Aleksandr Lukaşenko

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski sülhə nail olmaq istəyir, lakin hərbi əməliyyatların necə yekunlaşması ilə bağlı mövqeləri fərqlənir.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko "Newsmax" televiziya kanalına müsahibəsində bildirib.

O hesab edir ki, münaqişənin həlli məsələsində bir çox məqam ABŞ Prezidenti Donald Trampdan asılıdır.

"İndi bir çox şey Trampın və Birləşmiş Ştatların mövqeyindən asılıdır. Əsas odur ki, Tramp bu mövqedən geri çəkilməsin", - Lukaşenko deyib.

O vurğulayıb ki, münaqişənin nizamlanması çoxtərəfli prosesdir və Tramp bu məsələni təkbaşına həll edə bilməz.

Belarus Prezidentinin sözlərinə görə, razılaşmaların hazırlanması prosesində uzunmüddətli sülhü təmin edəcək müəyyən zəmanətlər lazımdır.

"Rusiya bunun daimi olması üçün təminatlar istəyir. Ukrayna da bunda maraqlıdır. Tramp təminatçı qismində çıxış etməyə hazırdır. Hər şey var. Buna görə də sürəti artırmaq lazımdır", - Lukaşenko deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti