Kolumbiya İsveçdən 4,4 milyard dollara 17 qırıcı təyyarə alacaq
Digər ölkələr
- 15 noyabr, 2025
- 07:29
Kolumbiya və İsveç Cənubi Amerika ölkəsinin 4,4 milyard dollardan çox qiymətə 17 "Saab Gripen" qırıcı təyyarəsi alması barədə saziş imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro məlumat verib.
"Kolumbiya Müdafiə Nazirliyi ilə İsveçin Saab şirkəti arasında dəyəri 16,5 trilyon peso (4,4 milyard ABŞ dollarından çox) olan müqavilə hazırda yekunlaşmaq üzrədir. Şərtlərinə əsasən ölkəyə 17 yeni Gripen təyyarəsi gətiriləcək", - lider qeyd edib.
Kolumbiya "Gripen"i 35 il əvvəl əldə etdiyi İsrailin "Kfir" qırıcılarını əvəz etmək üçün alıb. Köhnəlmiş 22 təyyarəyə texniki qulluq 2024-cü ilin mayında Qəzza zolağındakı hərbi əməliyyatdan sonra Boqotanın İsraillə diplomatik əlaqələrini kəsməsi ilə daha da çətinləşib.
Son xəbərlər
13:51
Azərbaycanın metanol ixracından qazancı açıqlanıb
Energetika13:41
Seyidbəyli sakini: Doğma kəndə övladlarım və nəvəmlə qayıdıram
Daxili siyasət13:40
Portuqaliya Qran-prisi rəsmən "Formula 1" təqviminə daxil ediləcək
Formula 113:35
Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
Xarici siyasət13:34
Foto
FHN-in yaranmasının 20 illiyi qeyd olunub
Daxili siyasət13:29
Təzəbinə sakini: Valideynlərin bizə sevdirdiyi doğma kəndə qürurla qayıdırıq
Daxili siyasət13:13
Foto
Xaçmaz Reabilitasiya Mərkəzində bu ilin 11 ayında 5 mindən çox şəxsə xidmət göstərilib
Sosial müdafiə13:12
18 yaşlı basketbolçu NBA-nın tarixinə düşüb
Komanda13:12