Rubio və Rütte Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsini müzakirə ediblər
Digər ölkələr
- 09 yanvar, 2026
- 21:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Dövlət katibi Marko Rubio NATO-nun baş katibi Mark Rütte ilə Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə tənzimlənməsi səylərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
"Dövlət katibi Marko Rubio bu gün NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Tərəflər ABŞ-nin rəhbərliyi altında Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün davam edən səyləri müzakirə ediblər. Onlar Arktikada təhlükəsizliyin bütün NATO müttəfiqləri üçün əhəmiyyəti barədə də fikir mübadiləsi aparıblar",- məlumatda qeyd olunub.
Son xəbərlər
11:52
FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib
Hadisə
11:41
Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Sənaye
11:40
Ötən gün axtarışda olan 129 nəfər tutulub
Daxili siyasət
11:40
Azərbaycandakı bankların vaxtı keçmiş kreditlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:30
Məlahət İbrahimqızı: Azərbaycançılıq ideologiyası yalnız keçmişə bağlılıq deyil, həm də gələcəyə baxışdır
Daxili siyasət
11:27
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Hadisə
11:20
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:16
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
Digər ölkələr
11:08
Azərbaycan əhəng istehsalını 77 % artırıb
Sənaye