KİV: BVF nümayəndələri sentyabrın əvvəlində Ukraynaya gedəcək

KİV: BVF nümayəndələri sentyabrın əvvəlində Ukraynaya gedəcək Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri Kiyevə 1,1 milyard dollar yardımla bağlı qərar vermək üçün sentyabrda Ukraynaya səfər edəcəklər.
Digər ölkələr
29 Avqust , 2024 01:13
KİV: BVF nümayəndələri sentyabrın əvvəlində Ukraynaya gedəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri Kiyevə 1,1 milyard dollar yardımla bağlı qərar vermək üçün sentyabrda Ukraynaya səfər edəcəklər.

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verib.

Məlumata görə, nümayəndə heyətinin səfəri sentyabrın 4-də başlayacaq və təxminən bir həftə davam edəcək. Agentlik qeyd edir ki, bu müddət ərzində fondun mütəxəssisləri ölkənin büdcə proqnozunu təhlil edəcək və Kiyevə 15,6 milyard dollarlıq yardım proqramından 1,1 milyard dollar məbləğində növbəti tranşın ayrılması barədə qərar qəbul edəcəklər.

Eyni zamanda avqustun 29-da BVF-nin Ukraynada işləyən əməkdaşları fondun rəhbərliyi ilə qeyri-rəsmi görüşdə iştirak edəcək və onları mövcud maliyyə vəziyyəti barədə məlumatlandıracaqlar.

2023-cü ilin martında BVF Ukrayna üçün 15,6 milyard dollar məbləğində dörd illik proqramı təsdiqləyib. Maliyyə almaq üçün Kiyev müəyyən öhdəlikləri yerinə yetirməlidir - sözdə struktur mayakları.

Son xəbərlər

Orphus sistemi