İsveç Türkiyəni krallığın NATO-ya müraciəti ilə bağlı fikrini dəyişməyə inandıra bilməyib

İsveç Türkiyəni krallığın NATO-ya müraciəti ilə bağlı fikrini dəyişməyə inandıra bilməyib İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO xarici işlər nazirlərinin Berlində qeyri-rəsmi toplantısı çərçivəsində danışıqlar aparıb və şimal ölkələrini
Digər ölkələr
15 May , 2022 10:58
İsveç Türkiyəni krallığın NATO-ya müraciəti ilə bağlı fikrini dəyişməyə inandıra bilməyib

İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO xarici işlər nazirlərinin Berlində qeyri-rəsmi toplantısı çərçivəsində danışıqlar aparıb və şimal ölkələrinin alyansa daxil olma ehtimalını müzakirə ediblər.

“Report” xəbər verir ki, bunu Ann Linde SVT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, görüşlərdə heç bir razılıq əldə olunmayıb və tərəflər bu mövzu barədə danışıqları davam etdirəcəklər:

“Fərqli fikirlərimiz var, amma PKK-nı terror təşkilatı hesab etdiyimizi açıq şəkildə bildirdik. Bir çox digər NATO müttəfiqləri kimi, biz də digər kürd təşkilatları ilə danışıqlar aparırıq”.

O əlavə edib ki, tərəflərin diplomatları bu məsələ ilə bağlı dialoqu davam etdirəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olması ehtimalını müsbət hesab etmir, çünki Skandinaviya ölkələri PKK terror təşkilatının üzvləri üçün qonaq evidir.

Son xəbərlər

Orphus sistemi