İsrail ordusu Livanda "Hizbullah"ın bölmə komandirini zərərsizləşdirib
Digər ölkələr
- 25 oktyabr, 2025
- 20:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda təşkil edilən hücumda "Hizbullah"ın Radvan bölməsinin komandirini zərərsizləşdirib.
"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə ordunun ofisi məlumat yayıb.
Bildirilir ki, bu səhər Livanın cənubunda baş verən pilotsuz təyyarə hücumunda "Radvan" tank əleyhinə raket bölməsinin komandiri Zeyn əl-Abidin Hüseyn Fatuni həlak olub. İMQ-nin məlumatına görə, Fatuni Livanın cənubunda "Hizbullah"ın infrastrukturunun yenidən qurulmasında iştirak edib.
Məlumata görə, Fatuni Nəbatiyə bölgəsindəki Haruf şəhəri yaxınlığında yerləşən Cibçit kəndində avtomobillə gedərkən hədəfə alınıb.
Son xəbərlər
17:22
MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur
İKT
17:21
Tokayev: "Rafinə olunmuş mis istehsalçıları arasında ilk onluğuna daxil olacağıq"
Sənaye
17:19
Tofiq Rəsulov: "Şəbəkə sənətində əsas sifarişlər xaricdən gəlir"
Biznes
17:15
"Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib
Futbol
17:15
Araz Bağırov 1 oyunluq cəzalanıb, "Şamaxı" klubu 2500 manat cərimələnib
Futbol
17:09
Foto
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
Qarabağ
17:05
Nazir: İtaliyadakı iğtişaşlar sosial şəbəkələrdəki hibrid müharibənin nəticəsidir
Digər ölkələr
17:03
Foto
Bakıda Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransına üzv ölkələrin dəyirmi masası keçirilib
Hadisə
17:03
"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
Futbol