İsrail qırıcıları Livanın cənubundakı Yaruna bölgəsində "Hizbullah" hərəkatının silahlı radikallarının hərbi qurğusuna zərbələr endiriblər.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, "Hizbullah”ın Livanın cənub hissəsində, Kfar-Kila bölgəsindəki obyektləri də hücuma məruz qalıb.
Xatırladaq ki, Yaxın Şərqdəki vəziyyət 7 oktyabr 2023-cü il tarixində Qəzza zolağından İsrail ərazisinə Fələstinin HƏMAS hərəkatının yaraqlılarının soxulmasından sonra kəskin şəkildə pisləşib. Bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsi ilə nəticələnib. Buna cavab olaraq İsrail Qəzzanın tam blokadasını elan edib, Livan və Suriyanın ayrı-ayrı bölgələrinə cavab zərbələri endirməyə başlayıb.