İraqda toqquşmalarda azı 20 nəfər öldürülüb, yüzlərlə yaralı var

İraqda toqquşmalarda azı 20 nəfər öldürülüb, yüzlərlə yaralı var İraqın paytaxtı Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.
Digər ölkələr
30 Avqust , 2022 02:45
İraqda toqquşmalarda azı 20 nəfər öldürülüb, yüzlərlə yaralı var

Bağdadın "yaşıl zonası"nda baş verən iğtişaşlar zamanı azı 20 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı tibb müəssisələrinin əməkdaşlarına istinadən məlumat yayıb.

Məlumata görə, yüzlərlə iraqlı şiələrin məşhur lideri Müqtəda əs-Sədrin istefasına etiraz edib. Ölkənin silahlı qüvvələri və əs-Sədrin siyasi rəqibləri ilə şiddətli toqquşmalar nəticəsində yüzlərlə güllə yaraları alıb, gözyaşardıcı qaza məruz qalıblar.

Ölənlər arasında İraq ordusunun iki əsgərinin olduğu qeyd edilir.

Bundan əlavə, Bağdadın “yaşıl zona”sında baş verən atışmalarda İraq polisinin qərargah rəisi yaralanıb.

29.08.2022. 23:22

İraqın paytaxtı Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə “Al Jazeera” telekanalı xəbər verib.

Məlumata görə, zərərçəkənlər arasında təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı da var.

Təhlükəsizlik qüvvələrinin Bağdadda hökumətin “yaşıl zona”sının ətrafına çəkilmiş beton hasara hücum edən Müqtəda əs-Sədrin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi bəzi nümayişçilərdə boğulma əlamətlərini göstərir. Bundan başqa, bir neçə etirazçı rezin güllələrdən yaralanıb.

Son xəbərlər

Orphus sistemi