İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 900 nəfəri keçib
Digər ölkələr
- 06 dekabr, 2025
- 23:34
İndoneziyanın Sumatra adasında daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 900 nəfəri keçib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" rəsmi mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl 846 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, Sumatranın üç əyalətində siklonun yaratdığı daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 916 nəfərə çatıb, 274 nəfər isə itkin düşmüş hesab olunur.
Qeyd olunub ki, siklon həmçinin Tailandın cənubunda və Malayziyada təxminən 200 nəfərin ölümünə səbəb olub.
Sumatradakı yerli hökumət rəsmiləri Cakartadakı milli hökuməti ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıblar. Bununla yanaşı, xilasetmə və humanitar əməliyyatlar üçün əlavə vəsaitlərin ayrılması istənilib.
Son xəbərlər
00:14
Pezeşkian dəstək aksiyasına qatılanlara təşəkkür edib
Region23:50
ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək
Digər ölkələr23:38
Ağ Ev: İran ABŞ nümayəndələri ilə əlaqə saxlayıb
Digər ölkələr23:38
Makron İranda etirazçılara qarşı zorakılığı pisləyib
Digər ölkələr23:24
Zelenski: Rusiya Ukraynaya yeni kütləvi hücumlara hazırlaşır
Digər ölkələr23:13
Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək
Mədəniyyət siyasəti23:10
Rza Pəhləvi Trampa müraciət edib
Region23:01
Ağ Ev: Tramp İranda hərbi güc tətbiqini istisna etmir
Digər ölkələr22:54
Video